Harvard məzunu qidalanma mütəxəssisi Dr. Terry Shintani yaddaşı gücləndirən və zehni fəaliyyəti artıran təbii içkiləri açıqlayıb.
E-saglam.az xəbər verir ki, antioksidant, vitamin, mineral və neyroaktiv maddələrlə zəngin bu içkilər beyin üçün əsl dəstək rolunu oynayır.
Yaşıl çay – L-theanine sayəsində sakitləşdirir və diqqəti artırır. Gündə bir fincan şəkərsiz içilməsi tövsiyə olunur.
Kofe – Kofein və xlorogen turşusu ilə beyni aktivləşdirir, Alzheimer və iflic riskini azaldır. Gündə 2-3 fincan faydalıdır.
Çuğundur şirəsi – Beyinə qan axınını artırır, hafizə və düşünmə sürətini yaxşılaşdırır. Böyrək problemi olanlar diqqətli olmalıdır.
Zərdəçal çayı – Kurkumin tərkibli bu içki yaddaş pozuntularına qarşı təsirlidir. Qara bibərlə birlikdə istifadə olunmalıdır.
Kombuça – Probiyotiklərlə zəngindir, bağırsaq-beyin əlaqəsini dəstəkləyərək zehni aydınlıq verir.
Əməköməci çayı – Beyində zərərli plakları təmizləməyə kömək edə bilər, Alzheimer riskini azalda bilər. Şəkərsiz içilməsi tövsiyə olunur.
Tərcümə: Könül Oruc