Sağlamlıq
Zəhər siyahısı açıqlandı!
Sağlamlıq
239

Zəhər siyahısı açıqlandı! Tərkibində ən çox pestisid olan tərəvəz və meyvələr

Süfrələrimizdəki bəzi meyvə və tərəvəzlər, üzərindəki pestisid qalıqları ilə sağlamlığımıza təhlükə yarada bilər. Bu səbəbdən, bu məhsulları alarkən diqqətli olmaq və düzgün təmizləmə üsullarını tətbiq etmək vacibdir.

E-saglam.az ən çox pestisid qalıqları olan meyvə və tərəvəzlərin siyahısını təqdim edir:

1. Çiyələk – Üzərindəki kiçik toxumlar və yumşaq quruluşu səbəbilə pestisidlər həm xarici səthdə, həm də daxili toxumada yığılabilir. Təmizləmə üsullarına baxmayaraq, qalıqlar tamamilə aradan qaldırıla bilməz.

2. İspanaq – Yarpaqlarının nazikliyi və torpağa yaxın böyüməsi səbəbilə pestisidləri asanlıqla udur.

3. Şaftalı və nektarin – İncə dəri quruluşu üzərindəki pestisidlərin meyvənin daxili toxumasına asanlıqla nüfuz etməsinə səbəb olur.

4. Alma – Xarici səthinə tətbiq olunan qoruyucu muma bənzər maddələr, pestisid qalıqlarının daşıma riskini artırır.

5. Üzüm – Hər üzüm üçün edilən çiləmə əməliyyatları nəticəsində qalıq miqdarı çox ola bilər.

6. Bibər – Hamar və yumşaq quruluşu sayəsində səthinə yapışan pestisidlər asanlıqla çıxarıla bilməz.

7. Pomidor – Xüsusilə istixana istehsalında pestisid qalıq nisbətləri yüksəkdir.

8. Kartof – Yerin altında yetişən kartoflar, səthdə təmiz görünsə də, pestisidlər kök quruluşuna sıza bilər.

9. Yaşıl göyərtilər (kahı, arugula, cəfəri) – Çirklənmiş sudan həm pestisidləri, həm də mikroorqanizmləri saxlaya bilir.

Təmizləmə üsulları:

- Meyvə və tərəvəzləri 15-20 dəqiqə sirkə və ya qazlı suda isladın.

- Pilinq prosesi tətbiq edin.

- Üzvi istehsala üstünlük verin.

- Sertifikatlaşdırılmış məhsulların istehlakına diqqət yetirin.

Bu üsullar, pestisid qalıqlarını əhəmiyyətli dərəcədə azaltmaqla daha sağlam istehlak təklif edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun