Xəbərlər
Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb
Xəbərlər
252

Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb

Zaqatalada iki həftə əvvəl pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb.

Oxu.Az-a verilən məlumata görə, rayonun Yuxarı Tala kənd sakini, 1963-cü il təvəllüdlü Murad Ramazan oğlu Ramazanov ötən gün axşam saatlarında müalicə aldığı Respublika Toksikologiya Mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, M.Ramazanov və onun bacısının oğlu, 1999-cu il təvəllüdlü Mollahacı Nurəddin oğlu Ramazanov aprelin 14-də pomidor turşusundan zəhərlənmişdilər.

Hər iki şəxsə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) ilkin yardım göstərildikdən sonra müalicə olunmaq üçün onlar Respublika Toksikologiya Mərkəzinə göndərilmişdilər.

25 yaşlı M.Ramazanovun müalicəsi Respublika Toksikologiya Mərkəzində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun