Faydalı
Yuxusuzluğun gözlənilməz
Faydalı
351

Yuxusuzluğun gözlənilməz faydaları ortaya çıxdı

Yuxusuzluğun bütün bədənə mənfi təsir etdiyi ümumiyyətlə qəbul edilir.

E-saglam.az xəbər verir ki, bununla belə, sözləri Infobae tərəfindən sitat gətirilən Sleepyhead Clinic-in həkimi və qurucusu Stefani Romişevski, gecələr kifayət qədər yuxu almamağın gözlənilməz faydasını ortaya qoydu.

Romişevski qeyd etdiyi kimi, bir yuxusuz gecə dopamin səviyyəsinin artmasına səbəb olur. "Nəticədə insan eyforiya hiss edə, müəyyən tapşırıqları yerinə yetirərkən çox diqqətli və yaradıcı ola bilər", - deyə izah etdi.

Həmçinin, həkimin sözlərinə görə, yuxusuzluq üsulu bəzən hətta depressiyanın müalicəsində də istifadə olunur. Fakt budur ki, yuxusuzluq əhval-ruhiyyənin yaxşılaşmasına səbəb olur. Düzdür, mütəxəssisin vurğuladığı kimi, bu, uzunmüddətli strategiya deyil, yalnız birdəfəlik yardımdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun