Qidalanma
Yuxunun düşməni olan qidalar -
Qidalanma

Yuxunun düşməni olan qidalar - Mütəxəssislər açıqladı

"Onebed"in yuxu mütəxəssisləri yuxu problemlərinə səbəb ola biləcək bir neçə qidanı sadalayıblar.

E-saglam.az xarici KİV-ə istinadla xəbər verir ki, onların sözlərini "Gloucestershire Live" sitat gətirir.

Mütəxəssislər bildirirlər ki, kolbasa, donuz əti və digər qurudulmuş ətlərin tərkibində beyini stimullaşdıran tiramin maddəsi olduğu üçün yuxu problemi yarada bilər. Bundan əlavə, bu qidalar çox duzlu və çox doyurucudur, buna görə də gecə istirahətindən əvvəl onlardan qaçınmaq daha yaxşıdır.

Həmçinin, mütəxəssislərin fikrincə, tiramin turşu qidalarda, məsələn, kombuçada olur. Kombuça yuxuya da zərərlidir, çünki içkidə daim fermentasiya prosesi gedir.

Mütəxəssislər xəbərdarlıq ediblər ki, zülal çubuqları orqanizmi daha çox işləməyə məcbur edir və bununla da yuxu problemlərinə səbəb olur. Axşam saatlarında istirahət etmək üçün maddələr mübadiləsi yavaşlamalıdır.

Yaxşı yuxunun düşməni kofein, şəkər və L-theanine olan yaşıl çay dondurmasıdır. Gün ərzində L-theanine sakitləşdirici ola bilər, lakin gecə beyni həddindən artıq stimullaşdıraraq fərqli hərəkət edir. Şəkər və kofein də beyni qidalandırır, onun istirahət etməsinə mane olur.

“Düşünülmüş qidalanma yatağa hazırlaşarkən rituallardan birinə çevrilməlidir. Yuxu sadəcə yanlış qidaları aradan qaldırmaq deyil, gün ərzində yediyiniz hər şeydə tarazlıqdır”, - ekspertlər şərh ediblər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun