Yandex watch
Yumurta dostdur, yoxsa düşmən? -

Yumurta yüksək qida dəyəri ilə sağlamlıq üçün faydalı bir qida hesab olunur. Tərkibində zəngin protein, vitaminlər və minerallar var. Bununla belə, yüksək xolesterol tərkibi səbəbindən uzun illər ürək xəstəlikləri ilə əlaqələndirilib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Prof. Dr. Yavuz Yörükoğlu bildirir ki, sağlam fərdlər üçün gündə bir yumurta istehlakı ümumiyyətlə ürək xəstəliyi riskini artırmır və xolesterol bədən üçün həyati əhəmiyyət kəsb edən bir maddədir.

Yumurtanın ağında yüksək miqdarda protein, sarısında isə faydalı yağ turşuları və vitaminlər var. Onu bütöv şəkildə istehlak etmək orqanizm üçün maksimum fayda təmin edə bilər. Eyni zamanda, yumurtanın antioksidant təsiri də diqqətəlayiqdir. Tərkibindəki lutein və zeaksantin göz sağlamlığını qoruyur və yaşla bağlı göz xəstəliklərinin qarşısını ala bilər.

Bununla belə, həddindən artıq yumurta istehlakı bəzi hallarda mənfi təsirlərə, məsələn, damarların tıxanmasına səbəb ola bilər. Xüsusilə ürək xəstəliyi riski olan şəxslər yumurtanı balanslı şəkildə istehlak etməlidirlər. Gündəlik istehlak miqdarını bir yumurta ilə məhdudlaşdırmaq tövsiyə olunur. Yüksək keyfiyyətli zülal mənbəyi kimi yumurta əzələ qurmaq və saxlamaq istəyənlər üçün də faydalıdır.

Nəticə olaraq, yumurta qaydasında və balanslı şəkildə istifadə edildikdə sağlamlıq üçün dostdur, çünki yüksək qida dəyəri ilə bədənə fayda verir. Lakin həddindən artıq istehlak edildikdə, xüsusilə xolesterol səbəbindən mənfi təsirlərə yol aça bilər və bu zaman düşmənə çevrilə bilər. Yəni, yumurtanın dost və ya düşmən olması onun düzgün və ölçülü şəkildə istehlak edilməsindən asılıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az