Yüksək xolesterolu olanlar üçün 5 ən yaxşı pendir -
Yüksək xolesterolu olanlar üçün 5 ən yaxşı pendir -

Diyetoloqlar xolesterol səviyyələrini izləyənlər üçün ən yaxşı olan beş pendir növünü açıqlayıblar.

E-saglam.az həmin pendir növlərini sizə təqdim edir:

Mozzarella 

Diyetoloq Cim Vayta görə, pendir pəhrizə inanılmaz bir əlavədir, çünki tərkibindəki zülal və kalsium əzələlərin qurulmasına, D vitamini isə sümüklərin möhkəmliyinə kömək edir.

Kəsmik 

Diyetoloq Amanda Sausdanın fikrincə, kəsmik ürək-damar sağlamlığı üçün əla seçim ola bilər. Çünki tərkibində yüksək protein və az yağ var. Sausda, bağırsaq mikrobiomunuz üçün fermentləşdirilmiş kəsmik seçməyi tövsiyə edib. 

Feta 

Diyetoloq Lezli feta pendirinin istehlakını tövsiyə edib. Bu pendirin unsiyasında cəmi 25 milliqram xolesterol var və doymuş yağ (3,5 qram) daha azdır.

Rikotta 

Bu, sağlam qida mütəxəssisi Bonkinin tövsiyə etdiyi başqa bir pendir növüdür. Rikotta 19 milliqram xolesterol və 3 qram doymuş yağ ehtiva edir.

Stringi pendir (qismən yağsız mozzarella, cedar və s.)

Diyetoloq Emi Qudson qeyd edib ki, yüksək xolesterolu olan insanlar bu pendiri seçməlidirlər.

© lent.az

E-saglam.az