Qidalanma
Yüksək keyfiyyətli şokoladı seçməyin
Qidalanma
88

Yüksək keyfiyyətli şokoladı seçməyin sirri açıqlandı

Əsl şokolad şəkərdən yox, kakaodan başlayır.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, keyfiyyətli şokoladı ucuz və aşağı keyfiyyətli məhsullardan fərqləndirən əsas meyar onun inqrediyentləridir.

Onların sözlərinə görə, kakao tozu tərkib siyahısında həmişə birinci yerdə olmalıdır. Bu, məhsulun təbii olduğunu göstərir. Əgər ilk sırada şəkər qeyd olunubsa, bu, daha ucuz və sağlamlığa faydasız alternativ deməkdir.

Yüksək keyfiyyətli şokoladın tərkibində ən azı 50% kakao quru maddələri olmalıdır. Faiz nə qədər yüksəkdirsə, dad da bir o qədər zəngin olur. Məsələn, tünd şokoladda kakao miqdarı 70%-ə qədər yüksələ bilər ki, bu da ona xüsusi tünd rəng və yüngül acılıq verir.

Mütəxəssislər onu da vurğulayır ki, yaxşı şokoladın tərkibində inqrediyentlərin sayı çox olmur. Əsl şokolad yalnız üç əsas maddədən ibarət olur: kakao paxlası, kakao yağı və şəkər. Lazımsız qatqılar və ətirləndiricilər məhsulun keyfiyyətini aşağı sala bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun