Sağlamlıq
Yetərincə su içirikmi? -
Sağlamlıq

Yetərincə su içirikmi? - Həkim-diyetoloq izah etdi

"Su - insan orqanizmi üçün çox vacibdir. Qanın 83%-i, sümüklərin 22%-i, beynin və əzələlərin 75%-i sudan ibarətdir. Yetərincə su qəbul etdikdə orqanizmin maye tarazlığını qoruyuruq, suyun tərkibindəki minerallarla mineral ehtiyacımızı təmin edirik, sidik ifrazatı və ürək-damar xəstəlikləri riskini azaldırıq, dərimizi gözəlləşdiririk, metabolizmamızı sürətləndiririk, toksin yükümüzü azaldırıq".

Bu sözləri E-saglam.az-a açıqlamasında həkim-diyetoloq Meyxanım Quliyeva deyib.

Həkim-diyetoloq, su içmədikdə bədəndə baş verən proseslər və digər məsələləri izah edib:

Yetərincə su içmədiyimizi necə müəyyən bilərik?

"Yetərincə su içmədikdə - tərdən qoxu gəlir, tünd rəngli və kəskin iyli sidik ifraz olunur, hər gün bağırsaq işləmir (qəbizlik yaranır), ağızda pis qoxu olur, dəridə quruluq yaranır, metabolizmamız zəifləyir.

Susuzluq həm də aclıq hissi yaradır. Beynimizdə aclıq və susuzluq mərkəzləri yaxın olduğu üçün susuz olduğumuz zamanlarda yanlış olaraq aclıq hissimiz arta bilər.

Suyu yeməkdən yarım saat öncə və 1 saat sonra içmək məsləhətdir. Yemək zamanı mümkün qədər su içilməməlidir.

Kəskin respirator virus infeksiyaları keçirən xəstələrə hər zaman bol maye qəbulu məsləhət görülür. Bu, ümumi intoksikasiya əlamətlərinin azaldılmasına kömək olur.

Gün ərzində içdiyimiz çay, qəhvə, qazlı içkilər su miqdarına daxil edilmir".

Həkim-diyetoloqun instagram səhifəsi: dr_quliyevameyxanim

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun