Xəbərlər
Yerli istehsal holland pendirinin içindən
Xəbərlər

Yerli istehsal holland pendirinin içindən kəsilmiş dırnaq çıxıb - FOTOLAR

Yerli istehsal olan holland pendirinin içindən kəsilmiş dırnaq parçası çıxıb.

E-saglam.az xəbər verir ki, bu barədə məlumatı şikayətçi sosial şəbəkələrdə paylaşıb:

"Əslində göndərdiyim şəkildə dırnaq aydın şəkildə görünür. O dırnağı qızım pendiri yeyərkən ağzından çıxartdı. İstehsalçıya zəng vurdum, vəziyəti izah etdim. Bəlli məsələ idi ki, qəbul etməyəcək, etmədi də".

Şikayətçi bildirib ki, məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etsə də, nəticə yoxdur:

"Bir aydır ki, məsələyə baxırıq deyirlər. Hələ ki nəticə yoxdur. Paylaşmağınızı istəyirəm. Pendirin və içindən çıxan dırnağın şəkilləri də var. Hələ atmamışam saxlayıram, soyuducuda saxlayıram.

Həmin müddətdən etibarən müraciətin Bərdə regional şöbəyə göndərildiyi, mənə rəsmi şəkildə məktubla cavab veriləcəyi bildirilir. Hələ də cavab yoxdu. İnsan sağlamlığı bu cür ucuz olmamalıdır”.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun