Yandex watch
Yerkökü ilə bağlı gözlənilməz təhlükə:

Həkim Lyudmila Lapa yerkökünün allergik təsirlərinə diqqət çəkərək, bu tərəvəzin zərərsiz görünsə də, bəzən sağlamlığa təhlükə yarada biləcəyini bildirib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, yerkökü tərkibində histamin olduğu üçün allergen məhsul hesab olunur.

O qeyd edib ki, allergiyaya meyilli şəxslərdə yerkökü ilk gündən səpgiyə səbəb ola bilər. Sağlam insanlarda isə bu reaksiyalar iki həftə ərzində özünü göstərə bilər. Buna görə də həftədə bir-iki dəfə istifadə edilməklə miqdara nəzarət olunması tövsiyə edilir.

Lapa həmçinin yerkökü şirəsinin həddindən artıq qəbulundan çəkinməyi məsləhət görüb. Onun fikrincə, bu, zəhərli dermatitə səbəb ola bilər. Kök suyu digər faydalı maddələrlə – C vitamini və omeqa-3 ilə zəngin qidalarla birlikdə qəbul edilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az