Yandex watch
Yerkökü göz sağlamlığının yeganə qəhrəmanı deyil:

Göz sağlamlığını qorumaq üçün müxtəlif tərəvəzlərdən istifadə etmək faydalıdır. Yerkökü bu sahədə ən məşhur olsa da, tək deyil. Balanslaşdırılmış pəhriz göz sağlamlığını dəstəkləmək üçün əhəmiyyətlidir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, ispanaq lutein və zeaksantinlə zəngindir. Bu maddələr gözləri zərərli UV şüalarından və mavi işığın təsirindən qoruyur, həmçinin makula degenerasiyası və katarakt riskini azaldır. İspanağı bişmiş halda və ya yeməklərə əlavə edərək istifadə edə bilərsiniz.

Şirin kartof, yəni batat, beta-karotinlə zəngindir. Bu, A vitamininə çevrilərək buynuz qişanın sağlamlığını qoruyur və gecə görmə qabiliyyətini artırır. Şirin kartofu buxarda bişirərək və ya qəlyanaltı kimi istehlak edə bilərsiniz.

Brokkoli C vitamini və antioksidantlarla zəngin tərəvəzdir. Retinanın sağlamlığını qoruyur və oksidləşdirici stresin təsirlərini azaldır. Buxarda hazırlanmış brokkolini digər tərəvəzlərlə birgə istifadə etmək faydalıdır.

Yerkökü beta-karotinin zəngin mənbəyidir. Bu maddə A vitamininə çevrilərək göz infeksiyası riskini azaldır və gözləri nəmləndirir. Yerkökünü çiy və ya bişmiş halda salatlara əlavə edə bilərsiniz.

Yaşıl bibər, xüsusilə rəngarəng bolqar bibəri, C vitamini ilə zəngindir. Bu vitamin gözlərin qan damarlarını qoruyur və katarakt riskini azaldır. Bolqar bibərini salatlarda və ya qəlyanaltı kimi istifadə edə bilərsiniz.

Pomidor likopenlə zəngindir. Bu maddə torlu qişanı qoruyur və yaşla bağlı makulyar degenerasiya riskini azaldır. Pomidoru təzə və ya bişmiş halda yeməklərə əlavə edə bilərsiniz.

Göz sağlamlığınızı qorumaq üçün bu tərəvəzləri rasionunuza daxil edin və onları sağlam yağlarla birləşdirərək faydalı maddələrin daha yaxşı udulmasını təmin edin.

Tərcümə: Könül Oruc

E-saglam.az