Yer fıstığı öd daşının əmələ gəlməsinin qarşısını
Yer fıstığı öd daşının əmələ gəlməsinin qarşısını

Fıstıq sağlam yağlar və yüksək keyfiyyətli proteinlə doludur. Onların kalorisi olduqca yüksəkdir.

E-saglam.az xəbər verir ki, tərkibindəki güclü maddələr ürək sağlamlığını dəstəkləyir və diabetin müalicəsinə kömək edir.

Fıstıq qanda xolesterinin səviyyəsinə və buna görə də, öd kisəsi daşlarının inkişafına faydalı təsir göstərir.

Bir araşdırmaya görə, hər gün təxminən 28 qram fıstıq qəbul edən qadınların öd kisəsində daş əmələ gəlmə riskinin yüzdə 25 azaldığı müşahidə edilmişdir.

Həmçinin, idmanla məşğul olan insanların da fıstıq yeməsi tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az