Sosial
Yeni sərəncamla müəllim və həkimlərin də
Sosial
915

Yeni sərəncamla müəllim və həkimlərin də maaşı artacaq?

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncam imzaladı. Sərəncama əsasən, 2025-ci ildən minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, əmək pensiyasının minimum məbləği isə 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq.

Sərəncamın müxtəlif sahələrdə çalışan insanların əmək haqqlarının artımına necə təsir edəcəyi maraq doğurur. Eyni zamanda müəllim və həkimlərin maaşlarına da necə təsir göstərəcəyi aktual məsələdir.

E-saglam.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov məsələ ilə bağlı İqtisadiyyat.az-a açıqlamasında öz fikirlərini bölüşüb.

O bildirib ki, minimum əmək haqqının artması vahid taarif cədvəli üzrə əmək haqqı alan vətəndaşlarımızın maaşlarının artmasına təsir göstərəcək:

“Müəllimlərin maaşı keyfiyyət meyarı əsasında müəyyənləşir. O maaşlar, müəllimlərin əmək haqlarının artımları sertifikasiya nəticələrinə uyğun olaraq müəyyənləşən nəticələrdir. Eyni zamanda həkimlərin də maaşları keyfiyyət meyarları əsasında müəyyən edilir”.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun