Tibbi xəbərlər
"Yeni Nəsil", "Nur" və "Reo-Med"Tibb Mərkəzləri
Tibbi xəbərlər
12

"Yeni Nəsil", "Nur" və "Reo-Med"Tibb Mərkəzləri borca düşüb

Bakıda fəaliyyət göstərən bir sıra özəl tibb müəssisəsi borca düşüb.

E-saglam.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.

Məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə Yeni Nəsil Tibb Mərkəzinin 4780.7 manat, Nur Tibb Mərkəzinin 10761.97 manat, Reo-Med Tibb Mərkəzinin isə 34480.52 manat vergi borcu yaranıb.

Qeyd edək ki, Yeni Nəsil Tibb Mərkəzi 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi həkim Ramis Veyisovdur. Nur Tibb Mərkəzi 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Mirzə Dadaşzadədir. Reo-Med Tibb Mərkəzi  2013-cü ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Zülfü Əliyevdir. 

E-saglam.az

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun