Sağlamlıq
Yeni kəşf: Təbiət ağrıları
Sağlamlıq
400

Yeni kəşf: Təbiət ağrıları yüngülləşdirir

Alimlər müəyyən ediblər ki, təbiətlə qarşılıqlı əlaqə, hətta təbiət videolarına baxmaq belə, ağrıları yüngülləşdirə bilər.

E-saglam.az xəbər verir ki, Vyana Universitetinin nevroloqları fMRI texnologiyası ilə sübut ediblər ki, təbiət mənzərələri beynin ağrı emal mərkəzlərində aktivliyi azaldır və ağrının daha az hiss edilməsinə səbəb olur.

Tədqiqatın aparıcı müəllifi Maks Ştaynqer bildirib ki, təbiət təsvirləri beyin tərəfindən qəbul edilən ağrı siqnallarını zəiflədir. Bu, plasebo təsirindən fərqlənir və birbaşa beynin ağrını işləmə mexanizminə təsir edir. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, təbiətlə təmasda olan insanlar ağrını daha az hiss edirlər.

Üstəlik, virtual təbiət görüntülərinin də oxşar təsir göstərdiyi sübut olunub. Bu, ağrı müalicəsində virtual reallıq və təbiət videolarından istifadənin mümkünlüyünü göstərir. Nəticədə, təbiətə əsaslanan üsullar alternativ ağrı müalicəsi kimi tətbiq oluna bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun