Xəbərlər
Yeni elektrikli avtobuslar COP29-dan sonra istifadə olunacaq? -
Xəbərlər
241

Yeni elektrikli avtobuslar COP29-dan sonra istifadə olunacaq? - CAVAB

İlk dəfə COP29 zamanı istifadə olunacaq elektrikli avtobuslar tədbir bitdikdən sonra sərnişinlərin istifadəsinə veriləcək.

E-saglam.az xəbər verir ki, bu barədə AYNA tərəfindən COP29 zolaqlarına təşkil edilmiş media tur zamanı AYNA-nın mətbuat katibi Tural Orucov deyib.

O bildirib ki, ölkəyə 160 ədəd elektrik mühərrikli avtobus gətirilib:

"Bu avtobuslar ilk dəfə COP29 zamanı istifadə ediləcək. Tədbir bitdikdən sonra həmin avtobuslar sərnişinlərin ixtiyarına veriləcək",- o qeyd edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

© trend

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun