Faydalı
Yemişin əsl vitamini qabığındadır,
Faydalı
457

Yemişin əsl vitamini qabığındadır, dişdən dırnağa qədər faydalıdır

Güclü antioksidant təsiri ilə yanaşı vitamin və mineral qaynağı olan qovun şəfalı yay meyvələri arasındadır. A, B, D, C, E və K vitaminləri ilə yanaşı maqnezium, kalium, dəmir, mis və alfa-beta karotinlərlə zəngin olan qovun sağlamlıq üçün çox güclü qida qaynağı olaraq görülür. Soyulduqdan sonra istehlak edilən bu meyvənin qabıqları boş yerə getdiyi halda, insanlar həmin qabıqların orqanizmə verdiyi faydaları eşidəndə təəccüblənirlər.

E-saglam.az qovun qabığının faydalarını təqdim edir: 

Qovun qabığı şirəsinin faydaları nələrdir?

Sağlamlığa bir çox təsiri olan qovun qabığı şəfalı içkilərdən biri kimi tanınır. İlk növbədə qovun qabığı suyu tərkibindəki yüksək su ilə orqanizmin su balansını qorumağa kömək edir və dərini nəm saxlayır. Qovun qabığı suyu C vitamini ilə birlikdə betakaroten və antioksidanlar baxımından çox zəngin qida qaynağıdır. Həzm sisteminə müsbət təsir göstərən qovun qabığı suyu, tərkibindəki lif sayəsində həzmi asanlaşdırır və qəbizliyin qarşısını alır.

Qovun qabığı suyu mədədə sakitləşdirici təsirə malik olmaqla yanaşı, mədə turşusunun tarazlaşdırılmasına da kömək edir. Qovun qabığı suyu ilə qarqara etməklə də dişlərinizin və diş ətinizin sağlamlığını qoruya bilərsiniz. Tərkibindəki kalium ilə təzyiqi tənzimləyən qovun qabığı suyu ürək sağlamlığını da dəstəkləyir. Bədəndən toksinlərin çıxarılmasına kömək edən qovun qabığı suyu saç köklərinə sürtüldükdə saç tökülməsi və ekzema problemlərini də aradan qaldırır.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun