Sağlamlıq
Yeməyi plastik qabda qızdıranların nəzərinə! -
Sağlamlıq
185

Yeməyi plastik qabda qızdıranların nəzərinə! - Bu xəstəlik yaranır

Son illər mikoplastiklərin insan sağlamlığına təsiri ilə bağlı müzakirələr artıb. Mütəxəssislər bildirirlər ki, bu maddə bədənə qida, hava və gündəlik istifadə olunan plastik məmulatlardan keçərək daxil ola bilər.

E-saglam.az xəbər verir ki, "gazeta"ya açıqlama verən terapevt Anastasya Ağayeva mikoplastikin  sağlamlığa zərərləri barədə məlumat verib.

"Mikoplastik 0,001-5 mm ölçülü sintetik polimer hissəciklərindən ibarətdir və iki növü mövcuddur: ilkin (məqsədli istehsal olunan - kosmetika, tekstil və s.) və ikincili (plastik əşyaların günəş şüası, istilik və ya aşınma nəticəsində parçalanması ilə yaranan).

Mikroplastik insan orqanizminə əsasən qida vasitəsilə, havanın tərkibindəki toz və sintetik liflər, həmçinin plastik qablaşdırmada olan su ilə daxil ola bilər.

Hazırda mikoplastikin insan sağlamlığına birbaşa mənfi təsirini sübut edən qəti elmi faktlar yoxdur. Mövcud məlumatların əksəriyyəti heyvanlar üzərində və laborator şəraitdə aparılan təcrübələrə əsaslanır. Bununla belə, narahatedici nəticələr də var: son araşdırmalara görə, son 8 ildə insan beynində mikoplastikin miqdarı 50% artıb, demensiya xəstələrində isə bu göstərici sağlam insanlara nisbətən 10 dəfə çox olub.

ÜST-ün mövqeyinə görə mikoplastikin qida və içməli suda hansı səviyyədə təhlükəsiz ola biləcəyini müəyyən etmək üçün əlavə tədqiqatlara ehtiyac var".

Həkimlər söyləyib ki, bu kimi hallardan qorunmaq üçün plastik qabda yeməyi qızdırmamaq, suyu filtrdən keçirmək və şüşə qablaşdırmaya üstünlük vermək lazımdır.

Milli.az

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun