Qidalanma
Yeməkdən sonra etməməli olduğunuz
Qidalanma
437

Yeməkdən sonra etməməli olduğunuz 6 vərdiş

Yeməkdən sonra edilən bəzi vərdişlər bədənə zərər verə bilər. Çoxumuzun tez-tez etdiyi, amma zərərli olduğunu bilmədiyi bu davranışlar sağlamlığımız üçün çox təhlükəli hərəkətlərə çevrilə bilər.

E-saglam.az yeməkdən sonra edilməməsi lazım olan 13 vərdişi təqdim edir.

SİQARET ÇƏKMƏK

Siyahıda ən zərərlisi şübhəsiz ki, siqaretdir. Təəssüf ki, siqaret çəkənlər yeməkdən dərhal sonra siqaret çəkirlər. Ancaq burada bilmədikləri odur ki, yeməkdən dərhal sonra çəkilən 1 siqaret 10 siqaretə bərabərdir. Gələcəkdə xərçəngin qarşısını almaq üçün siqaret çəkməzdən əvvəl ən azı 1 saat gözləmək tövsiyə olunur.

İÇMƏLİ SU

Xüsusilə həddindən artıq duzlu və ya turş qidalar istehlak edildikdə yeməkdən sonra içməli su da artır. Ancaq normal şəraitdə su sağlamlıq üçün inanılmaz dərəcədə faydalı olsa da, yeməkdən sonra vəziyyət dəyişir.

Yeməkdən dərhal sonra istehlak edildikdə mədədəki təzyiqin artmasına və mədədəki qidanın sorulmadan bağırsağa keçməsinə səbəb olur. Bundan əlavə, içməli su mədə şirəsini sulandıra və mədənin zəifləməsinə səbəb ola bilər.

ÇAY VƏ QƏHVƏ İÇMƏK

Demək olar ki, hər kəsin etdiyi ümumi səhvlərdən biri yeməkdən dərhal sonra çay və kofe içməkdir. Mütəxəssislərin fikrincə, yeməkdən ən azı 2-3 saat sonra çay və kofe içmək lazımdır.

Əks halda çay və kofe içmək orqanizmin dəmiri mənimsəməsinə mane olur və hemoglobin istehsalını dayandırır. Yeməkdən sonra çay və kofe içmək də anemiyaya səbəb olan ən böyük faktorlardan biridir.

MEYVƏ YEMƏK

Yeməkdən sonra meyvə yemək faydalı olduğu düşünülən bir vərdişdir, lakin faydadan çox zərər verir. Yeməkdən dərhal sonra yeyilən meyvələr mədənin havasını dolduraraq şişkinliyə səbəb olur.

Bu zaman həzm pozğunluğuna səbəb olduğu üçün mədədə narahatlıq yaradır. Mümkünsə, meyvə yeməkdən dərhal sonra deyil, ən azı 2-3 saat sonra istehlak edilməlidir.

DUŞ QƏBUL ETMƏK

Yeməkdən dərhal sonra duş qəbul etmək bədənimizin sağlamlığı üçün yaxşı deyil. Vanna qəbul edərkən isti suyun təsiri ilə əllərdə, ayaqlarda və bədəndə qan axını sürətləndiyi üçün mədə ətrafında qan axını yavaşlayır.

Qan axınının yavaşlaması həzm problemlərinə səbəb olur. Bu səbəbdən yeməkdən dərhal sonra duş qəbul etmək mütəxəssislər tərəfindən tövsiyə edilmir.

GƏZİNTİ VƏ YATMAQ

İnsanların çoxu həddindən artıq yemək yeyəndə tez bir zamanda gəzintiyə çıxmaqla rahatlamağın yolunu tapırlar. Yeməkdən dərhal sonra gəzməyin sağlamlığa faydalı olacağına inanırlar. Lakin mütəxəssislər bunun yanlış fikir olduğunu və ən azı bir saat sonra gəzintiyə çıxmalı olduğunu bildirirlər. Yeməkdən dərhal sonra gəzintiyə çıxanda qəbul etdiyiniz qidalar sorulmur.

Eynilə, yeməkdən dərhal sonra yatmaq həzm problemlərinə və dolayısıyla qastritə səbəb olur. Ona görə də yatmazdan ən azı 2 saat əvvəl yeyib-içməyi bitirmək lazımdır.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun