Yeməkdən sonra etdiyiniz 5 zərərli vərdiş
Yeməkdən sonra etdiyiniz 5 zərərli vərdiş

Sağlam qidalanma təkcə faydalı olan qidaları yemək deyil onları nə zaman və necə yediyinə fikir verməkdir.

Bu sözləri E-saglam.az-a açıqlamasında uşaq qastroenteroloqu, Uzm.Dr.Anar Tağıyev bildirib. 

Onun sözlərinə görə, yeməkdən sonra mədə-bağırsaq sistemində həzm və həzm olunmuş qida maddələrinin sorulması kimi ciddi proseslər baş verir ki, bunların da doğru getməsi çox vacibdir.

İnsanların çoxu yemək qəbulundakı ardıcıllığa fikir vermirlər.

1. Yeməkdən sonra dərhal meyvə yemək;
Yeməkdən sonra dərhal meyvə yemək əsla önərilmir. Meyvələr şəkərli olduğu üçün həzm işini pozur. Belə ki, yeməkdən dərhal sonra yeyilən meyvə yeməyin nazik bağırsaqlardan sorulmasını ləngətməkdir.

2. Yeməkdən dərhal sonra çay içmək;
Yeməkdən dərhal sonra çay içmək qidalanma uzmanları tərəfindən önərilmir. Səbəbi çayın içərisində olan tannen adlanan maddənin dəmirin bağırsaqlardan sorulmasını azaltmasıdır. Ona görə də çayı yeməkdən ən az 1 saat sonra içmək məqsədəuyğun hesab edilir. Eyni zamanda yeməkdən dərhal sonra kofe içmək də önərilməz.

3. Şirin desert yemək;
Yeməkdən həmən sonra şirin desert yemək önərilmir. Bu qida maddələrinin sürətlə yağa çevrilməsinə səbəb olur. Bu səbəblə yeməkdən bir müddət sonra şirin şeylər yeyilməməlidir.

4. Ağır yeməkdən sonra duş qəbul etmək;
Ağır yemək sonrası 2saat müddətində hamama getmək və ya duş qəbul etmək tövsiyyə olunmur. Bu ürəkbulanmaya və başhərlənməyə səbəb ola bilər. Hamama getməzdən əvvəl bol su içmək tövsiyyə olunur. Yemək yedikdən sonra qan mədə-bağırsaq sisteminə daha çox gedir, isti duş aldıqda isə qan daha çox periferiyada(əl və ayaqlarda) toplanır və qan dövranı pozulur.

5. Yeməkdən sonra ağır fiziki hərəkət etmək;
Ağır fiziki hərəkətlə (idman) yemək arasında ən az 2saat zaman fərqi olmalıdır. Yeməkdən dərhal sonra sürətli və ağır fiziki hərəkət qan dövranını və həzmi pozur, bədəni yorur. Yeməkdən 1-1.5 saat sonra həfif tempolu yerimək faydalıdır, həzmə kömək edir.