
Diyetoloq Demet Güngördü ürək-damar xəstəliklərinin əsas səbəblərindən birinin qeyri-sağlam qidalanma olduğunu bildirir.

E-saglam.az xəbər verir ki, şəkərli diabet, piylənmə, yüksək xolesterin və stress kimi faktorların çoxu məhz yanlış qidalanma ilə əlaqəlidir.
Xolesterin balansı vacibdir
Orqanizmə lazım olan xolesterin normadan artıq olduqda infarkt və damar tıxanıqlığı riski artır. Omeqa-3 baxımından zəngin olan balıq, kətan toxumu, qoz və semizotu bu balansı qorumağa kömək edir.
Trans və doymuş yağlara diqqət
Yağlı ət, toyuq dərisi, sakatat, tam yağlı süd məhsulları və qablaşdırılmış qidalar LDL-ni artırır. Bu səbəbdən qızartma əvəzinə bişirmə və soyuq sıxılmış zeytun yağına üstünlük verilməlidir.
Vitamin çatışmazlığı və homosistein
B9, B6 və B12 vitaminlərinin azlığı qanda homosistein səviyyəsini artırır ki, bu da ürək xəstəliklərinə yol açır. Bu vitaminlər yaşıl tərəvəzlər, yumurta, balıq və süd məhsullarında mövcuddur.
Ürək üçün tövsiyələr
Qırmızı-bənövşəyi meyvələr, sarımsaq, lifli qidalar, duzsuz yeməklər və həftədə 2 dəfə balıq yemək ürək üçün faydalıdır. Gündəlik 30 dəqiqəlik orta tempdə idman isə riskləri azaldır.
Tərcümə: Könül Oruc