Qidalanma
Yediyimiz qidalar körpənin cinsinə təsir edirmiş -
Qidalanma

Yediyimiz qidalar körpənin cinsinə təsir edirmiş - Qidaların siyahısı

Alimlər bildirirlər ki, hamiləlikdən ən azı 3 ay əvvəl qidalanmaya diqqət yetirərək qız və ya oğlan dünyaya gətirmək 80% mümkündür. Sağlam qidalanma həm hamiləliyi artırır, həm də körpənin cinsiyyətinə təsir edir.

E-saglam.az xəbər verir ki, Ginekologiya və Doğuş Mütəxəssisi Prof. Dr. Qazi Yıldırım, bu məsələdə cütlüklərə mühüm tövsiyələr verib.

Qida əlavələri hamiləliyi artırır

Prof. Dr. Yıldırım qeyd edir ki, qida əlavələri hamiləlik ehtimalını 30% artırır. Xüsusilə Koenzim Q10 və vitamin D kimi əlavələr həm yumurta, həm də sperma keyfiyyətini gücləndirir.

3 ay əvvəl başlanmalı

Prof. Dr. Yıldırım, pəhrizin hamiləlikdən ən az 3 ay əvvəl başlanmasının körpənin cinsiyyətinə təsir etdiyini bildirib. Qız istəyənlər turş və duzsuz qidalar, oğlan istəyənlər isə şirin və duzlu qidalar yeməlidir.

Oğlan istəyənlər üçün tövsiyələr:

Desert: Şirin meyvə və tərəvəz, südlü desertlər

Duz: Bütün qidalar mümkün qədər duzlu

İçkilər: Çay, qəhvə, təzə meyvə şirəsi

Ət: İstənilən ət məhsulları

Balıq: Duzlu və qurudulmuş balıq, ton balığı

Tərəvəzlər: Kələm, lobya, noxud

Meyvələr: Hər cür meyvə, qurudulmuş gavalı, üzüm

Ədviyyatlar: Sarımsaq, keşniş, zəncəfil

Qız istəyənlər üçün tövsiyələr:

Meyvələr: Təzə və turş meyvələr

İçkilər: Gündə ən az 1 litr süd

Ət: Gündə 130 qram mal əti, quş əti

Balıq: Dondurulmuş, duzsuz balıq

Yumurta: İstifadəsi sərbəstdir, lakin duz və pendir istifadə olunmamalıdır

Çörək: Duzsuz çörək

Tərəvəzlər: Kartof, yerkökü, yaşıl lobya, turp

Quru yemişlər: Qoz, fındıq, badam

Duz: Bütün qidalar duzsuz olmalıdır.

Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun