Xəbərlər
Yayda suya belə tullanmaq ifliclə nəticələnə bilər:
Xəbərlər
247

Yayda suya belə tullanmaq ifliclə nəticələnə bilər: həkimdən ciddi xəbərdarlıq

Yay aylarında sərinlənmək üçün suya girmək xoş və əyləncəli görünsə də, bəzi təhlükələr daşıyır.

E-saglam.az xəbər verir ki, fiziki tibb və reabilitasiya mütəxəssisi dosent Dr. Mehmet Ağırman xəbərdarlıq edir ki, xüsusilə dayaz sularda edilən nəzarətsiz tullanışlar ağır onurğa sınıqları və ömürlük ifliclə nəticələnə bilər.

Onun sözlərinə görə, dənizə, gölə və ya hovuza başla tullanmaq zamanı suyun dərinliyini və dib şəraitini bilmədən hərəkət etmək ciddi zədələnmələrə səbəb ola bilər. Boyun fəqərələrinin sınıqları və onurğa beyninin zədələnməsi xüsusilə risklidir. Bu cür travmalar bəzi hallarda insanın həyatını tam dəyişir, ömür boyu hərəkətsiz qalmaqla nəticələnə bilər.

Şüursuz müdaxilələr vəziyyəti ağırlaşdıra bilər

Əgər belə bir hadisə baş verərsə, həkim məsləhət görür ki, zərərçəkmiş şəxsin boyun nahiyəsi tərpədilməməli, xəstə yerindən oynadılmadan təcili tibbi yardım çağırılmalıdır. Yanlış müdaxilələr onurğa zədəsini daha da ağırlaşdıra və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.

Dosent Dr. Ağırman xüsusilə gəncləri bu təhlükəyə qarşı diqqətli olmağa və nəzarətsiz suya tullanmaqdan çəkinməyə çağırır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun