Qidalanma
Yayda iştahın azalması normaldır?
Qidalanma
100

Yayda iştahın azalması normaldır? - həkim açıqladı

Qastroenteroloq Andrey Simakov yayda iştah azalmasının tamamilə normal bir hal olduğunu bildirib.

E-saglam.az xəbər verir ki, Simakova görə, isti havada bədən istilik saxlamaq üçün daha az enerji sərf edir, bu səbəbdən iştah da azalır. Özünüzü yeməyə məcbur etməyə ehtiyac yoxdur, bədənin siqnallarına güvənmək daha düzgündür. Lakin həkim vurğulayır ki, iştahdan asılı olmayaraq, maye qəbuluna xüsusi diqqət yetirilməlidir. Su çatışmazlığı həm ümumi rifaha, həm də bağırsaq fəaliyyətinə sürətlə mənfi təsir göstərir.

"Kifayət qədər maye içməsəniz, qəbizlik və susuzlaşma ilə qarşılaşa bilərsiniz. Bu, xüsusilə ürək-damar xəstəliyi olan insanlar üçün ciddi təhlükə yaradır", - deyə mütəxəssis xəbərdarlıq edir.

Bundan əlavə, qastroenteroloq yüksək temperaturun ürəkbulanmaya da səbəb ola biləcəyini qeyd edib. Narahatlıq pozğunluğu olan insanlarda isə istilik fiziki diskomfortu artıraraq mədə-bağırsaq şikayətlərini daha da gücləndirir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun