Yandex watch
Yatmaq üçün ən yaxşı vaxt açıqlandı -

Psixologiya elmləri doktoru Linelle Schneeberg yaşdan asılı olaraq yatmaq üçün ən yaxşı vaxtı adlandırıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, o, "HuffPost" ilə söhbətində uşaqlar və böyüklər üçün tövsiyələrini bölüşdü.

Psixoloq qeyd edib ki, yuxuya getmək üçün ən yaxşı vaxt həyat boyu dəyişir. Yaşından asılı olaraq, o, aşağıdakı qaydalara riayət etməyi tövsiyə etdi:

Yenidoğulmuşlar (0-3 ay): tövsiyə yoxdur

Körpələr (4-11 aylıq): 18:00-19:00

Uşaqlar (1-2 yaş): 19:00-dan 19:30-a qədər

Məktəbəqədər uşaqlar (3-5 yaş): 19:00-dan 20:00-dək

Məktəb yaşlı uşaqlar (6-13 yaş): 20:00-dan 21:30-a qədər

Yeniyetmələr (14-17 yaş): 21:00-dan 22:30-a qədər

Gənclər (18-25 yaş): 20:00-dan 00:00-dək

Böyüklər (26-64 yaş): 20:00-dan 00:00-a qədər

Yaşlılar (65 yaşdan yuxarı): 20:00-dan 00:00-a qədər

Eyni zamanda, psixoloq bütün insanlar fərqli olduğu üçün bu məlumatın məsləhət xarakteri daşıdığını vurğuladı. “Mövcud yuxu cədvəlinizdən razısınızsa, ona əməl edin. Əgər həyat tərziniz fərqli vaxtda yatmağınızı tələb edirsə, “mükəmməl” zamanda yuxuya getməkdənsə, tam gecə istirahətinə üstünlük verin”, - deyə Schneeberg izah edib.

Tərcümə: Könül Oruc

E-saglam.az