Faydalı
Yastığınızın rəngi saralıbsa, diqqət!
Faydalı
149

Yastığınızın rəngi saralıbsa, diqqət! Həkim risklərindən danışdı

İnternetdə Dr. Rubin kimi tanınan uşaq allerqoloqu saralmış yastıqlardan istifadənin mümkün riskləri barədə xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, o qeyd edib ki, belə əşyalardan müntəzəm istifadə insan sağlamlığına mənfi təsir göstərərək, allergiya əlamətlərinin, astma və hətta ekzemanın kəskinləşməsinə səbəb ola bilər.

Həkimin sözlərinə görə, yastığın sarı rəngdə olması yuxu zamanı dərimiz tərəfindən ifraz olunan piylərin, yağların və digər maddələrin yığılmasından xəbər verir. Bu maddələr yastıq qabığından keçərək, yastığı tədricən çirkləndirərək bakteriyaların, göbələklərin və toz gənələrinin çoxalması üçün əlverişli mühit yaradır.

Belə nəticələrin qarşısını almaq üçün həkim, yastığın içərisinə daxil olan kirdən əlavə qorunma kimi xidmət edəcək fermuarlı örtüklər almağı tövsiyə edir. Təmiz və təravətli qalması üçün yastıq üzlüklərinizi və yastığınızı (mümkünsə) mütəmadi olaraq yumaq da vacibdir.

Bununla belə, bu ehtiyat tədbirlərinə baxmayaraq, yadda saxlamaq lazımdır ki, hər hansı bir yastığın məhdud xidmət müddəti var - keyfiyyətindən və materialından asılı olaraq 1 ildən 5 ilə qədər. Yastıqdan istifadə edərkən allergiya əlamətlərinin artdığını hiss edirsinizsə, onu yenisi ilə əvəz etmək daha yaxşıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun