Qidalanma
Yaşlanmamaq üçün bu qidaları yeyin -
Qidalanma

Yaşlanmamaq üçün bu qidaları yeyin - Mütəxəssisdən məsləhət

Hamıya məlumdur ki, sağlam qidalanma uzunömürlülük və ümumi sağlamlıq üçün mühüm rol oynayır. Qida ilə zəngin qidalar hüceyrə funksiyasını dəstəkləyir, iltihabla mübarizə aparır və xroniki xəstəlik riskini azaldır. Son araşdırmalar zülalla zəngin qidaların balanslı şəkildə istehlakının ömrü uzatdığını ortaya qoydu.

E-saglam.az xəbər verir ki, Brown Universitetinin tədqiqatçılarının son araşdırması göstərir ki, zülal qəbulu qocalma prosesini yavaşlatmaqda mühüm rol oynaya bilər.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, zülalla zəngin bir pəhriz yaşlanma əleyhinə fayda verə bilər.

Ekspert Mark Tatarın rəhbərlik etdiyi araşdırmada "Bağırsağın hormonları ilə qocalma arasındakı əlaqə, bağırsaq, beyin və digər orqanlar arasındakı qarşılıqlı əlaqə ilə bağlıdır", - deyə vurğulanıb. Zülalla zəngin qidaların qəbulu qan dövranını tənzimləməyə kömək edir. Daha sonra beyinə gedir və insulinə bənzər hormonların və gənclik hormonlarının istehsalınə zəmin yaradar.

Proteinlə zəngin qidaların qəbulu bağırsaq sağlamlığını tənzimləmək üçün əla bir yol ola bilər. Bu araşdırma göstərir ki, insanlarda bağırsaq hormonlarının zülal pəhrizi vasitəsilə tənzimlənməsi uzunömürlülüyü artıra və qeyri-sağlam pəhrizlərin mənfi təsirlərini azalda bilər.

ÖMÜRÜ UZADAN GÜCLÜ ZÜLAL MƏNBƏLƏRİ

BADAM

Badam zülal, E vitamini, yaxşı yağlar və bitki mənşəli proteinin əla mənbəyidir. Xolesterolu azaltmağa və hüceyrələri oksidləşdirici zərərdən qorumağa kömək etdikləri üçün uzunömürlülük üçün ağıllı seçimlərdən biridir.

YUMURTA

Bədəninizin effektiv şəkildə istifadə edə biləcəyi ən güclü protein mənbələrindən biri yumurtadır. Əhəmiyyətli qida maddələri və əsas amin turşuları ilə zəngin olan yumurta sağlam əzələləri və ümumi enerjini qorumağa kömək edir.

MƏRCİ

Mərcimək vegetarianlar və veqanlar üçün əla seçimdir, çünki onlar bitki mənşəli proteinlə zəngindir. Lif və dəmirlə də zəngin olduğundan, uzunömürlülüyü təşviq edən ürək üçün sağlam bir seçimdir.

QATIQ

Qatıq güclü sümüklər üçün kalsiumla təmin edir və həzm sağlamlığını dəstəkləyən çoxməqsədli protein mənbəyidir. Yaşlandıqca əzələ kütləsini saxlamağınıza kömək etmək üçün pəhrizinizə əla əlavədir.

ÇİA TOXUMU

İltihabı azaltdığı və ürək sağlamlığını dəstəklədiyi güman edilən omeqa-3 yağ turşuları ilə zəngin olan bu kiçik toxumlar zülalla zəngindir. Salatlarınıza və ya smuzinizə çia toxumu əlavə etməklə ömrünüzü uzada bilərsiniz.

Qeyd: Bu məqalə yalnız ümumi məlumat məqsədləri üçün yazılmışdır və tibbi məsləhət kimi qəbul edilməməlidir.

Tərcümə: Könül Oruc 

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun