Faydalı
Yaşıl lobyanın inanılmaz faydaları:
Faydalı
208

Yaşıl lobyanın inanılmaz faydaları: həm dadlı, həm sağlam yemək

Yaşıl lobya həm dadı, həm də faydaları ilə mətbəximizin ən qiymətli tərəvəzlərindən biridir. Həm isti, həm də soyuq yeməklərdə istifadə oluna bilən bu tərəvəz, xüsusilə sağlam qidalanmaq istəyənlər üçün ideal seçim sayılır.

E-saglam.az xəbər verir ki, həm qidalı, həm də kalorisi az olan yaşıl lobya bədəni bir çox xəstəliklərdən qoruma gücünə malikdir.

1. Həzm sisteminə faydalıdır

Yaşıl lobya yüksək miqdarda bitki mənşəli liflə zəngindir. Bu isə bağırsaq fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır və orqanizmdə toksinlərin daha rahat atılmasına kömək edir. Eyni zamanda, mədədə uzun müddət toxluq hissi yaradaraq arıqlamaq istəyənlərə də dəstək olur.

2. Qan şəkərini sabit saxlayır

Yaşıl lobyanın tərkibi kompleks karbohidratlarla zəngindir. Bu, şəkərin qana tədricən keçməsini təmin edir və ani şəkər yüksəlişlərinin qarşısını alır. Xüsusilə 2-ci tip şəkərli diabet riskini azaltmaq üçün faydalı sayılır.

3. İmmunitet sistemini gücləndirir

Yaşıl lobya A, C və K vitaminləri, həmçinin maqnezium, dəmir və fol turşusu kimi minerallarla zəngindir. Bu vitamin və minerallar bədənin müdafiə sistemini möhkəmləndirir, infeksiyalara qarşı müqaviməti artırır və orqanizmi mövsümi xəstəliklərdən qoruyur.

4. Ürək-damar sağlamlığına dəstək olur

Xolesterin səviyyəsinin tənzimlənməsi və damar divarlarının möhkəmləndirilməsi yaşıl lobyanın ən önəmli təsirlərindəndir. Tərkibindəki flavonoidlər və antioksidantlar sayəsində ürək-damar xəstəlikləri riskini azaldır.

5. Aşağı kalorili, yüksək faydalı yeməkdir

 

Yaşıl lobya pəhriz saxlayanlar üçün əla seçimdir. Yağ miqdarı çox aşağı, doyuruculuğu isə yüksəkdir. Onu buğda, qızartma, salat, sup və ya zeytun yağında bişirərək rahatlıqla gündəlik rasiona daxil etmək olar.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun