Xəbərlər
Azərbaycanda şagirdin xəstəlikdən öldüyü xəbəri yayıldı
Xəbərlər

Azərbaycanda şagirdin xəstəlikdən öldüyü xəbəri yayıldı anası açıqlama verdi - YENİLƏNİB + VİDEO

Azərbaycanda şagirdin xəstəlikdən öldüyü barədə yayılan xəbərlərlə bağlı anası açıqlama verib.

E-saglam.az-ın məlumatına görə, Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına liseyin doqquzuncu sinif şagirdi Nuray Əmirlinin anası qızının ölmədiyini və əməliyyat olduğunu bildirib:

“Nuray yaxşıdır, müalicələr davam edir, əməliyyat uğurlu keçib”.

19:13

Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına liseyin 9-cu sinif şagirdi Nuray Əmirli vəfat edib.

E-saglam.az xəbər verir ki, bu barədə liseydən məlumat verilib.

"Dərin hüzn və kədər hissi ilə bildiririk ki, əziz şagirdimiz Nuray Zəka qızı Əmirli xəstəlik səbəbindən dünyasını dəyişib. O, kompleksin 9-cu sinif şagirdi idi. Şagirdimizə Allahdan rəhmət, ailəsinə səbir diləyirik", - məlumatda bildirilib.

Qeyd edək ki, N.Əmirli leykoz xəstəliyindən əziyyət çəkirdi. Onun ilik nəqli üçün 70 min dollar (120 min manat) məbləğ lazım idi. Telekanallardan birində keçirilən yardım kampaniyası keçirilərək 500 min manat toplanmışdı.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun