Yandex watch
Yaponların əsrlər boyu gizlətdiyi sirr üzə çıxdı:

Limon, sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə mətbəxdə tez-tez istifadə edilən bir meyvədir. Yaponların illərdir sirr saxladığı dondurulmuş limon isə tərkibindəki qida maddələri və sağlamlığa faydaları ilə daha da diqqət çəkir. Limon qabığındakı qida maddələri dondurulma sayəsində daha səmərəli şəkildə istehlak oluna bilir. Bu üsul limonun həm təzə, həm də qida dəyərini artıran bir variantını təqdim edir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, dondurulmuş limonun ən əsas faydalarından biri onun qida dəyərlərini qorumasıdır. Limonun qabığında C vitamini və digər qida maddələri daha çoxdur. Dondurulmuş halda istifadə edilən limon, həm qabığı, həm də suyu ilə bədəni bu qida maddələri ilə zənginləşdirir. Antioksidant təsiri yüksək olan dondurulmuş limon, sərbəst radikallarla mübarizə aparır və xərçəng kimi ciddi xəstəliklərin qarşısını almaqda mühüm rol oynayır.

Dondurulmuş limon immunitet sistemini gücləndirir və xəstəliklərə qarşı qoruyucu təsir göstərir. Xüsusilə qış aylarında soyuqdəymə və qrip kimi infeksiyalardan qorunmaq üçün təsirli bir vasitədir. Həzm sisteminə də müsbət təsir göstərən limon, mədə və bağırsaqların fəaliyyətini yaxşılaşdırır, toksinlərin bədəndən çıxarılmasına kömək edir.

Limonun arıqlama və detoks xüsusiyyətləri də geniş yayılmışdır. Maddələr mübadiləsini sürətləndirir, yağ yandırma prosesinə dəstək olur və bədəni toksinlərdən təmizləyir. Dondurulmuş limon bu xüsusiyyətləri ilə sağlam pəhrizlərdə əvəzolunmaz bir komponentdir.

Dondurulmuş limon dərinin sağlamlığı üçün də faydalıdır. Tərkibindəki C vitamini dərini canlandırır, gənc və sağlam görünüş verir. Antibakterial xüsusiyyətləri sayəsində sızanaq və digər dəri problemlərini azaldır.

Bu faydalar limonu hər evdə istifadə üçün vacib bir qida edir. Dondurulmuş limon, təkcə sağlamlıq baxımından deyil, həm də istifadəsi asan olan və hər kəsin gündəlik həyatına daxil edə biləcəyi bir məhsuldur. Yaponların illərdir bildiyi bu sirr indi bütün dünyada məşhurlaşır və sağlam həyatın ayrılmaz hissəsinə çevrilir.

Tərcümə: Könül Oruc

E-saglam.az