Xəbərlər
Yaponiyadan TEXNOLOJİ YENİLİK: Yuyula bilən smartfon istehsal edildi
Xəbərlər
317

Yaponiyadan TEXNOLOJİ YENİLİK: Yuyula bilən smartfon istehsal edildi

Yaponiyanın “Sharp” şirkəti qeyri-adi “Basio Active 2” smartfonunu təqdim edib.

E-saglam.az xəbər verir ki, şirkətin saytında verilən məlumata görə, yeni məhsul hərbi sertifikatlara uyğun buraxılıb.

“Sharp Basio Active 2” 5,7 dyümlük ölçülü HD+ ekranla təchiz edilib.

Digər xüsusiyyətlər arasında smartfon yuyula bilir, onun su və tozdan qorunma özəlliyi var.

Smartfon xüsusi olaraq təqaüdçülər üçün yaradılıb. Cihaz naməlum nömrələrdən zəng edən zaman söhbətləri qeyd etmək və nömrələri qara siyahıya əlavə etmək üçün uyğunlaşdırılıb. Bundan əlavə, bəzi proqramlardakı kiçik mətni daha asan oxumaq üçün kontrastı artırmaq mümkündür.

Qeyd edək ki, “Sharp Basio Active 2” yalnız Yaponiya bazarında 41,8 min yen (təxminən 25,5 min rubl) qiymətinə satılır.

Mənbə: gazeta.ru / Oxu.Az

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun