Sağlamlıq
Yapon diyetoloqu səhər yeməyini bölüşdü:
Sağlamlıq

Yapon diyetoloqu səhər yeməyini bölüşdü: Sağlamlıq sirri bundadır

Yapon diyetoloqu Miçiko Tomioka səhər yeməyi üçün sağlam və balanslı bir seçim təklif edir. Onun menyusu müxtəlif qidalardan ibarətdir və uzun müddət toxluq hissi yaradır.

E-saglam.az xəbər verir ki, bu səhər yeməyinə qəhvəyi düyü və lobya (lif və minerallarla zəngin), natto və mayalanmış tərəvəzlər (probiyotik mənbəyi), nori yosunu və susam toxumları (yod və maqnezium tərkibli), miso şorbası (protein və antioksidantlarla zəngin) və hojiça yaşıl çayı (qan şəkərini tənzimləyir) daxildir.

Bu qidalar həzmi yaxşılaşdırır, qan şəkərini balanslaşdırır, protein ehtiyacını qarşılayır və immuniteti gücləndirir. Həmçinin, qan şəkərinin ani yüksəlməsinin qarşısını alaraq gün boyu enerjili qalmağa kömək edir.

Alternativ olaraq, qəhvəyi düyünü bütün taxıl çörəyi ilə əvəz etmək, heyvan və ya bitki əsaslı proteinlər əlavə etmək və mayalanmış tərəvəzlər əvəzinə pomidor və zeytun yağı istifadə etmək mümkündür. Beləliklə, bu balanslı pəhrizi fərdi ehtiyaclara uyğunlaşdırmaq asandır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun