Xurma pəhrizi insanların son zamanlar tez-tez üstünlük verdiyi pəhrizlərdən biridir. Qidalandırıcı xüsusiyyətlərinə görə arıqlamağı asanlaşdıran və uzun müddət tox saxlayan xurmanın sağlamlığa faydaları da çoxdur.
E-saglam.az xəbər verir ki, xurma pəhrizinin təfərrüatlarını verməzdən əvvəl xurmanın nə olduğunu xatırlamaq yaxşı olardı. İsti iqlimlərin məşhur meyvəsidir. Onlar İslam dövründən günümüzə qədər gəlib çatmış xurma ağaclarının yüksək qidalı meyvələridir. Damarları yumşaldan, göz sağlamlığını dəstəkləyən, qaraciyəri təmizləyən, bağırsaq sistemini tənzimləyən meyvədir. Ölkəmizdə xurma ümumiyyətlə Ramazan süfrələrində istehlak edilir.
Öncədən qeyd edək ki, ən dəqiq və sağlam nəticələri təmin edən pəhriz siyahıları üçün bir diyetoloqdan dəstək almağınız məsləhətdir.
Xurma pəhrizi əsasən xurmanın istehlak edildiyi və xurmaya əlavə olaraq maddələr mübadiləsini sürətləndirən qidaların əlavə edildiyi pəhriz növüdür.
Xurma pəhrizində olanlar xurmanın çoxsaylı faydaları sayəsində həm arıqlaya, həm də daha sağlam həzm mexanizminə sahib ola bilərlər.
Xurmanın tərkibində olan liflər bu pəhrizdə rol oynayır. Liflər sayəsində bağırsaq sisteminin fəaliyyəti daha təsirli olur.
Pəhriz saxlayanların narahat olduğu aclıq və enerji itkisi bu pəhrizdə çox uzaq anlayışlardır.
Xurma vitamin və minerallarla zəngin bir meyvə olduğundan pəhriz zamanı ehtiyacınız olan enerjini qarşılayacaq.
Bu həm də gün ərzində tox qalmağınıza kömək edəcək.
Xurma və süd pəhrizi
Bu pəhriz təklifində xurma yeyərkən süd içəcəksiniz. Xurmanın lifli quruluşu və südün maddələr mübadiləsini sürətləndirən xüsusiyyətləri ilə siz 2 həftəyə az qala 7 kilo arıqlaya bilərsiniz. Xurma südünün pəhriz siyahısı aşağıdakı kimi olacaq.
İlk həftə hər gün:
Səhər yeməyi: 7 xurma, 1 stəkan süd
Nahar: 1 stəkan qatıq, 7 xurma, bir dilim çörək, ızgara ət və yağsız limon salatı
Şam yeməyi: 7 xurma, 1 stəkan süd, bir az göyərti
Yatmazdan əvvəl: 1 meyvə
Tərcümə: Könül Oruc