Yandex watch
Xurma: Faydalı meyvə nə zaman sağlamlığa

Ufa Respublika İctimai Sağlamlıq və Tibbi Profilaktika Mərkəzinin (Başqırdıstan, Rusiya) mütəxəssisləri bildiriblər ki, xurma bir sıra faydalı xüsusiyyətlərə malikdir və müxtəlif vitaminlər, mikroelementlər və antioksidantlar tərkiblidir.

Emlakbazari.az

E-saglam.az bu barədə UfaTime.ru-ya istinadən xəbər verir.

Mütəxəssislərin sözlərinə görə, meyvə böyük miqdarda yod tərkiblidir, buna görə də yod qəbulunun məhdudlaşdırılması tələb olunan xəstəlikləri olan insanlara - məsələn, qreyvs xəstəliyi (qalxanabənzər vəzinin xəstəliyi) olanlara onu qida rasionundan çıxarmağı məsləhət görüblər. Bundan əlavə, xurma şirin məhsuldur və pis kompensasiya olunmuş şəkərli diabeti olan insanlar ondan imtina etməlidirlər. Həkimlər diabeti olan insanlara xurma istifadəsindən əvvəl şəkər səviyyəsini sabitləşdirməyi və onu qida rasionuna insulin dozasının hesablanması nəzərə alınmaqla tədricən daxil etməyi məsləhət görüblər.

Həmçinin Ufa mütəxəssisləri xurmanın faydalı xüsusiyyətləri haqqında danışıblar. Onların sözlərinə görə, xurma ürək xəstəliklərinin inkişaf riskini azaldır, yod çatışmazlığını aradan qaldırmağa kömək edir, qanda xolesterol səviyyəsini azaldır və bununla da aterosklerozun inkişafını ləngidir. Bundan əlavə, həkimlər qeyd ediblər ki, bu məhsul antioksidant və hərarətsalıcı xüsusiyyətlərə malikdir, ishal zamanı kömək edir, qıcıqlanma və narahatlığı azaldır. (oxu.az)

E-saglam.az