Yandex watch
Xolesterolunuz yüksəkdirsə, nə yeyə bilər və

Yüksək xolesterolu olan insanlar üçün düzgün qidalanma çox vacibdir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, xolesterol hüceyrələr üçün vacib olsa da, qanda yüksək səviyyədə olması ateroskleroz və ürək-damar xəstəliklərinə səbəb ola bilər. Bunun qarşısını almaq üçün pəhrizdə sağlam yağlara üstünlük vermək, lif qəbulunu artırmaq və zərərli qidalardan uzaq durmaq lazımdır.

Sağlam qidalar:

Meyvə və tərəvəzlər antioksidantlarla zəngindir və xolesterolu azaldır. Tam taxıllar, paxlalılar və çərəzlər sağlam yağlar və lif mənbəyidir. Omeqa-3 yağ turşuları ilə zəngin balıqlar (qızıl balıq, skumbriya, sardina) ürək sağlamlığını qorumağa kömək edir.

Qaçınılmalı qidalar:

Yağlı ətlər, emal olunmuş ət məhsulları, fast food və yüksək yağlı süd məhsulları doymuş və trans yağlarla zəngindir və xolesterol səviyyəsini artırır. Şəkər və şəkər tərkibli qidalar isə lipid mübadiləsini pozur və piylənməyə səbəb olur.

Sağlam yemək nümunələri:

Səhər yeməyində giləmeyvə və qoz-fındıqla yulaf, avokado və tərəvəzlə tost yemək tövsiyə olunur. Nahar üçün zeytun yağı ilə tərəvəz salatı, qarabaşaq və ya düyü ilə toyuq və ya balıq uyğundur. Şam yeməyində isə lobya və tərəvəzlərlə bişmiş balıq və ya toyuq daha sağlam seçimdir.

Faydalı məsləhətlər:

Pəhrizinizi nəzarətdə saxlamaq üçün gündəlik qəbul etdiyiniz qidaları qeyd edin. Hazır qidalardan qaçaraq evdə yemək hazırlamağa üstünlük verin. İşə və ya səyahətə gedərkən özünüzlə sağlam qəlyanaltılar götürün. Gündəlik rejimə riayət edərək, yemək saatlarını ötürməmək vacibdir.

Düzgün qidalanma ilə yanaşı, aktiv həyat tərzi də yüksək xolesterolla mübarizədə mühüm rol oynayır. Fərdi pəhriz tənzimləmələri üçün mütəxəssis məsləhəti almaq tövsiyə edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az