Yandex watch
Xolesterolu "tavana" qaldıran qidalar:

Xolesterol dedikdə çoxlarının ağlına qızardılmış yeməklər və şirniyyatlar gəlir. Lakin sağlam hesab etdiyimiz bəzi sevimli qidalar da səssizcə LDL (pis xolesterol) səviyyəsini artıra bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu da ürək-damar xəstəlikləri və insult riskini yüksəldir. Xoş xəbər odur ki, qida seçimlərində aparılan kiçik dəyişikliklər böyük fərq yarada bilər. Budur, xolesterolu artıran əsas qidalar və onların daha sağlam alternativləri:

1. Kərə yağı

Dadlı olsa da, kərə yağı doymuş yağlarla zəngindir və LDL xolesterolunu artırır.

Alternativ: Zeytun, xardal və ya düyü kəpəyi yağı kimi soyuq sıxılmış yağlar ürək üçün daha faydalıdır.

2. Qırmızı ət

Xüsusilə qoyun və mal ətləri, souslarla birlikdə bişirildikdə yüksək doymuş yağ tərkibli olur.

Alternativ: Dərisiz toyuq, balıq, yumurta ağları və ya mərcimək kimi bitki mənşəli zülal mənbələri daha yaxşı seçimdir.

3. Süd məhsulları

Tam yağlı süd, qaymaq və desertlər xolesterolun yüksəlməsinə səbəb ola bilər.

Alternativ: Yarım yağlı və ya yağsız süd, evdə hazırlanmış yüngül süd məhsulları həm dadlı, həm də sağlamdır.

4. Emal olunmuş ət məhsulları

Kolbasa, basdırma, salam kimi qidalar çoxlu duz, konservant və trans yağ ehtiva edir.

Alternativ: Ev şəraitində hazırlanan toyuq və ya mərcimək əsaslı kabablar, marinadlanmış qril balıqları daha təhlükəsiz və ləzzətlidir.

5. Çörək məmulatları və qablaşdırılmış qidalar

Tort, biskvit və digər paketli məhsullar trans yağlarla zəngindir, bu da yaxşı xolesterolu azaldır, pis xolesterolu isə artırır.

Alternativ: Tam buğdalı çörək, humus, qovrulmuş mərcimək, badam və qoz kimi qidalar həm doyurucu, həm də xolesterolu tənzimləyici təsir göstərir.

Unutmayın, balanslı və ağıllı qidalanma təkcə xolesterol deyil, ümumi sağlamlığınız üçün də faydalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az