Qidalanma
Xərçəngə qarşı, immunitet gücləndirici, vitamin rekordçusu -
Qidalanma
112

Xərçəngə qarşı, immunitet gücləndirici, vitamin rekordçusu - Bolqar bibərinin hansı rəngi güclüdür?

Diyetoloqlar Cincer Haltin və Kara Laydon bolqar bibərinin sağlamlıq üçün faydalarının onun rəngindən asılı olduğunu bildiriblər.

E-saglam.az xəbər verir ki, onlar "HuffPost"a verdikləri müsahibədə bu tərəvəzin gözlənilməz xüsusiyyətlərini və qida dəyərindəki fərqləri izah ediblər.

Mütəxəssislərin sözlərinə görə, rəngindən asılı olmayaraq bütün bolqar bibərləri lif, antioksidanlar, C və A vitaminləri, həmçinin kalium, kalsium və fosforla zəngindir. Bu xüsusiyyətlər onları immunitetin gücləndirilməsi və ümumi sağlamlığın qorunması üçün faydalı qida edir.

Ginger Hultin bildirib ki, yaşıl bolqar bibərləri ən az yetişmiş formadır. Onlar daha çox xlorofil ehtiva edir, karbohidrat və kalori baxımından isə digər növlərlə müqayisədə daha aşağı göstəricilərə malikdir. Bu səbəbdən pəhriz saxlayanlar üçün uyğun seçim hesab olunur.

Kara Lydon isə qırmızı bolqar bibərinin qida dəyərinə görə rekordçu olduğunu vurğulayıb. Daha uzun müddət yetişdiyi üçün tərkibində antioksidantların, eləcə də C və A vitaminlərinin miqdarı daha yüksək olur. Bu da onu hüceyrələrin qorunması və immun sisteminin gücləndirilməsi baxımından xüsusilə dəyərli edir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun