Tibbi xəbərlər
Xərçəngdə tarixi irəliləyiş: Kimyaterapiya olmadan
Tibbi xəbərlər
95

Xərçəngdə tarixi irəliləyiş: Kimyaterapiya olmadan tam sağalma mümkün oldu

Xərçəng müalicəsində inqilabi bir inkişaf baş verib.

E-saglam.az-ın məlumatına görə, ABŞ-nin "ImmunityBio" şirkətinin həyata keçirdiyi QUILT-106 klinik sınaqda, nadir qan xərçəngi növü olan Valdenström makroqlobulinemiyası xəstələrində kimyaterapiya tətbiq edilmədən tam sağalma əldə edilib. Ənənəvi müalicələrə cavab verməyən xəstələrdə müşahidə edilən nəticələr diqqət çəkir.

Araşdırmada xəstələrə “CD19 CAR-NK” hüceyrə terapiyası ilə “Rituximab” dərmanının kombinasiyası tətbiq edilib. İki xəstədə xəstəlik tamamilə yoxa çıxıb və müalicədən sonra 7 və 15 ay müddətində heç bir simptom müşahidə edilməyib. Xüsusilə sümük iliyi 95% şişlə örtülmüş bir xəstədə cəmi dörd dozadan sonra tam remissiya müşahidə olunub.

Dr. Patrick Soon-Shiong bildirib ki, bu yanaşma immun sistemini aktivləşdirərək xərçəngi idarə etməyə imkan verir. Xəstələr ambulator şəraitdə müalicə olunub və ciddi yan təsir qeydə alınmayıb.

Yeni CAR-NK terapiyası xəstənin öz hüceyrələrinin istifadəsinə əsaslanır və laboratoriyada uzun emal tələb etmir. Modifikasiya olunmuş NK hüceyrələri xərçəng hüceyrələrini CD19 və CD16 reseptorları vasitəsilə tanıyır və rituksimabla birlikdə onların məhvini gücləndirir.

Tədqiqatlar davam edir və əldə olunan nəticələr Amerika Hematologiya Cəmiyyətinin illik iclasında təqdim olunacaq. Bu irəliləyiş Valdenström makroqlobulinemiyası kimi adətən sağalmaz hesab edilən xroniki xəstəliklər üçün yeni ümid yaradır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun