Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tanınmış qarmon ifaçısı Gülbahar Şükürlünün vəfatı ilə bağlı nekroloq yayıb.
E-saglam.az xəbər verir ki, nekroloqda deyilir:
“Əməkdar artist, tanınmış qarmon ifaçısı, Gülbahar Şükürlü vəfat edib.
Mədəniyyət Nazirliyinin kollektivi sənətkarın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!”.
20:39
Əməkdar artist, qarmon ifaçısı Gülbahar Şükürlü vəfat edib.
Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib.
Qeyd edək ki, Əməkdar artist uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi.
///Oxu.az