Tibbi xəbərlər
Xərçəng və ürək tutmalarından qoruyan
Tibbi xəbərlər
120

Xərçəng və ürək tutmalarından qoruyan əsas vərdişlər müəyyən edilib

Aritmoloq Yelena Qoluxova ürək tutması və xərçəng riskini azaltmağa kömək edən vərdişlərdən danışıb.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, sağlam həyat tərzi bu xəstəliklərin profilaktikasında əsas rol oynayır. Kifayət qədər yuxu, müntəzəm fiziki aktivlik, balanslı qidalanma və siqaretdən imtina ən vacib amillər hesab olunur.

Qoluxova həmçinin bildirib ki, qan təzyiqinin, bədən çəkisinin, qan şəkərinin və xolesterol səviyyəsinin mütəmadi nəzarətdə saxlanılması vacibdir. Bu göstəricilər ürək-damar sağlamlığı ilə birbaşa əlaqəlidir.

Həkim qeyd edib ki, bu qaydalara əməl etmək infarkt, insult və xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Bununla yanaşı, mütəxəssis vurğulayıb ki, bir çox xəstələr əməliyyatdan sonra belə həkim tövsiyələrinə tam əməl etmir. Bu isə təkrar ürək problemləri və ölüm riskini artırır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun