Xəbərlər
Xarici ekspert: "Azərbaycanda temperatur daha
Xəbərlər
1910

Xarici ekspert: "Azərbaycanda temperatur daha sürətlə yüksələcək"

Azərbaycanda temperaturun dünya üzrə orta göstəricidən daha sürətlə yüksələcəyi proqnozlaşdırılır.

E-saglam.az xəbər verir ki, bunu İsveçrənin təkrarsığorta nəhəngi - "Swiss Re" şirkətinin vitse-prezidenti Gepa Jansen Klaus Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024), "İqlim dəyişikliyinin təsiri altında sığorta" adlı panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, temperaturda emissiya ssenarisindən asılı olaraq 2090-cı illərə qədər 4,7 %-ə qədər artım gözlənilir: "Azərbaycan iqlim dəyişikliyinin təsirlərinə qarşı müdafiəsiz hesab olunur və Notr Dam Qlobal Uyğunlaşma İndeksində ("ND Gain Index") 181 ölkə arasında 73-cü yerdə qərarlaşıb. Quraqlıq çox güman ki, kənd təsərrüfatında məhsuldarlığı azaldacaq, səhralaşmanı və torpağın şoranlığını artıracaq. Eyni zamanda, temperaturun yüksəlməsi daşqınlara və potensial sürüşmələrə səbəb ola biləcək ekstremal yağıntıların baş vermə ehtimalını artıracaq", - deyə o qeyd edib. (Report)

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun