Xəbərlər
Xalq artisti xəstəxanaya
Xəbərlər

Xalq artisti xəstəxanaya yerləşdirilib

Azərbaycanın Xalq artisti Ənvər Həsənov bir neçə gündür xəstəxanaya yerləşdirilib.

E-saglam.az xəbər verir ki, bu barədə aktyorun dostu Vasif Ayan sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, Ənvər Həsənovun səhhəti dünən qəfildən pisləşib:

"Xalq artisti Ənvər Həsənov səhhətində yaranan ciddi problemlərə görə bir neçə gündür xəstəxanaya yerləşdirilib. Qızı Aytənlə əlaqə saxladım, Ənvər müəllimin vəziyyəti dünən səhər saatlarında müalicə aldığı xəstəxanada qəfil pisləşmişdi, hal-hazırda müalicəsi həkim nəzarəti altında tam ciddi formada davam edir", - V.Ayan deyib.

Qeyd edək ki, Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun