Xəbərlər
Xalq artisti: "Çox pisəm, ciyərim sıradan çıxır"
Xəbərlər
348

Xalq artisti: "Çox pisəm, ciyərim sıradan çıxır"

Xalq artisti Ənvər Həsənovun səhhətində problemlər yaranıb.

E-saglam.az xəbər verir ki, bu barədə "Qaynarinfo"ya aktyorun özü məlumat verib.

Aktyor özünü pis hiss etdiyini bildirib:

"Vəziyyətim çox pisdir. Ciyərim sıradan çıxır. Dünən müayinə üçün yenidən xəstəxanaya getmişdim. Ağrıyıram. İnfarktdan sonra hələ özümə gəlməmişəm. Bu gün yenidən həkimə getməliyəm, günorta analizlərimin cavabı çıxacaq. Görək nə deyəcəklər. Ona görə bayram-zad yadıma düşmür".

Aktyor Milli Kino Günü ilə bağlı həmkarlarını təbrik edib:

"Bu gün Milli Kino Günüdür, hamı kimi mənim də bayramımdır. Amma kinoda kim qalıb? Kinodakılar getdilər... Bir-iki nəfər qaldıq... Əbdül, Rafiq, Fəxrəddin..."

Qeyd edək ki, bir müddət bundan öncə Xalq artisti Ənvər Həsənovun səhhətində problemlər yaranmışdı. Həkimlər aktyora infarkt diaqnozu qoymuşdular.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun