Yandex watch
Vitaminlər yerinə zəhər yeməyin -

Mikroplastik çirklənmə ən sürətlə yayılan, lakin az tanınan ekoloji təhlükələrdən biridir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Prof. Dr. Məltəm Sarıoğlu balıqlarda və digər dəniz məhsullarında mikroplastiklərin yığılmasının insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını bildirir. Mikroplastiklər 5 millimetrdən kiçik plastik hissəciklərdir və su, torpaq, hətta hava yollarında tapıla bilər.

1950-ci ildən bəri plastik istehsalının artması bu çirklənmənin davam etməsinə səbəb olub. Dəniz canlıları bu hissəcikləri yeyərək insan qidası zəncirinə daxil edir.

Araşdırmalar mikroplastiklərin bədəndə yığılaraq xərçəng və hormonal pozğunluqlara səbəb ola biləcəyini göstərib. Mikroplastiklər yalnız dəniz məhsullarında deyil, kran suyu və qida məhsullarında da aşkar edilib. Plastiklər uzun müddət parçalanmadan qaldığı üçün ekoloji və sağlamlıq problemləri yaradır. Xüsusilə birdəfəlik plastik butulkalar və kosmetik məhsullar çirklənməni artırır.

Avropada birdəfəlik plastiklər 2023-cü ildən qadağan edilib. Türkiyədə də mikroplastiklərə qarşı tədqiqatlara başlanılıb. Bioloji parçalana bilən plastiklərin istehsalı bu problemi azaltmağa kömək edə bilər. Plastik tullantıların azaldılması və təkrar emalın artırılması vacib tədbirlər arasındadır. Əhali mikroplastik çirklənmə ilə bağlı daha çox maarifləndirilməlidir. Bu problemin qarşısını almaq üçün ekoloji siyasətlərin gücləndirilməsi vacibdir. Mikroplastiklərə nəzarət edilmədiyi təqdirdə, onların insan sağlamlığına təsiri daha da güclənə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az