Sağlamlıq
Ventilyatorlardakı ciddi təhlükə:
Sağlamlıq
31

Ventilyatorlardakı ciddi təhlükə: bədəni susuzlaşdırır, ürəyə yük salır

İsti havalarda sərinləmənin ən məşhur üsullarından biri olan ventilyatorlar düzgün istifadə edilmədikdə sağlamlıq üçün ciddi risklər yarada bilər.

E-saglam.az-ın məlumatına görə, Sidney Universitetində aparılan yeni bir araşdırma, ventilyatordan istifadənin, xüsusən də susuz qaldıqda ürəyə təhlükəli yük yarada biləcəyini ortaya qoydu.

Alimlər 20 könüllünü 39,2 dərəcə Selsi temperaturu və 49 faiz rütubətli xüsusi iqlim kamerasında sınaqdan keçiriblər. İştirakçılar dörd fərqli üç saatlıq sessiyada iştirak ediblər. Onlara iki seansda maye əlavələri verilib, digər iki seansda isə susuzlaşdırılıblar. Sınaqlar həm ventilyatorla, həm də ventilyatorsuz aparılıb.

Verilən su üçün xəbərdarlıq

Nəticələr göstərib ki, susuz qaldıqda ventilyatordan istifadə ürəyin gərginliyini xeyli artırır. Müəyyən edilib ki, ventilyatordan istifadə tərləmə ilə maye itkisini təxminən 60 faiz artırır və bu, xüsusilə kifayət qədər su içməyən insanlarda infarkt riskini yüksəldir.

Ürək-damar zədəsi

Tədqiqata rəhbərlik edən doktor Connor Graham bildirib: “İstilik dalğaları zamanı ölümlərin əksəriyyəti kondisionerə çıxışı olmayan və yalnız ventilyatordan istifadə edən insanlarda baş verir. Ventilyatorlar 39-40 dərəcəyə qədər faydalı ola bilər, lakin daha yüksək temperaturda ürək-damar sisteminə əlavə gərginlik yaradır.”

Kim və hansı temperaturda istifadə etməlidir?

Alimlər yaşdan və sağlamlıq vəziyyətindən asılı olaraq ventilyator istifadəsi üçün hədləri müəyyən ediblər:

  • 40 yaşdan kiçik sağlam yetkinlər: 39°C-dən aşağı temperaturda istifadə edə bilər.

  • 65 yaş və yuxarı şəxslər: 38°C-dən aşağı temperaturda istifadə etməlidir.

  • Müəyyən dərmanlar qəbul edən yaşlı insanlar (məsələn, oksibutinin): 37°C-dən yuxarı temperaturda istifadədən çəkinməlidirlər.

İctimai Səhiyyə Xidməti və Meteorologiya İdarəsi ötən həftə İngiltərənin beş bölgəsi üçün “sarı temperatur xəbərdarlığı” yayıb. Mütəxəssislər yaşlıları və xroniki xəstəlikləri olanları yaxından izləməyi, evləri sərin saxlamağı və istiliklə bağlı sağlamlıq problemlərinin əlamətlərinə diqqət etməyi tövsiyə edirlər.

İstinin yaratdığı təhlükə əlamətləri

  • Həddindən artıq tərləmə, susuzluq, zəiflik

  • Sürətli ürək döyüntüsü və nəfəs darlığı

  • Baş ağrısı, ürəkbulanma, qusma

  • Solğun dəri, əzələ krampları, uşaqlarda qıcıqlanma

İstivurma əlamətləri

  • Çox yüksək bədən istiliyi

  • İsti, quru və qızarmış dəri

  • Sürətli nəbz və nəfəs

  • Konvulsiyalar, koordinasiya itkisi, şüur itkisi

Mütəxəssislər bildirirlər ki, bu əlamətlər müşahidə olunarsa, insan 30 dəqiqə ərzində soyudulmalıdır, əks halda dərhal tibbi yardım çağırmaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun