Bu gün Valyuta.az xəbər portalının fəaliyyətə başlamasından 3 il ötür.
Portalın məqsədi biznes sektorunu və oxucuları operativ məlumatlarla təmin etməkdir.
Saytda gün ərzində maliyyə, iqtisadiyyat və biznes sahəsində olan gündəm xəbərləri, statistik məlumatlar, ekspert şərhləri, araşdırma yazıları, müsahibələr və s. dərc edilir.
Hər gün minlərlə oxucu Azərbaycan və dünya ilə bağlı iqtisadi, maliyyə və biznes xəbərlərini, habelə müsahibə, araşdırma və şərhləri oxumaq üçün Valyuta.az-ı ziyarət edir.
E-saglam.az olaraq Valyuta.az-ın kollektivini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!