Xəbərlər
Valyuta.az saytı
Xəbərlər
64

Valyuta.az saytı 5 yaşında

Bu gün Valyuta.az xəbər portalının fəaliyyətə başlamasından 5 il ötür.

E-saglam.az xəbər verir ki, Valyuta.az 2021-ci il 17 fevral tarixində təsis olunub. Sayt iqtisadiyyat və maliyyə sahəsində operativ, dəqiq və müstəqil informasiya mənbəyi kimi fəaliyyət göstərir.

Sayt hazırda iki dildə - azərbaycan və rus dillərində xəbərlər yayımlayır.

Portalın əsas məqsədi oxucuları maliyyə bazarlarındakı dəyişikliklər, bank sektorundakı yeniliklər, iqtisadi proseslər və qlobal bazarlarda baş verən hadisələr barədə operativ məlumatlarla təmin etməkdir.

Saytda gündəlik xəbərlərlə yanaşı, iqtisadi təhlillər, müsahibələr, araşdırmalar və ekspert rəyləri dərc olunur. 

Valyuta.az ötən dövrdə ölkədə istinad edilən və etimad qazanan iqtisadi informasiya portallarından biri olmağı bacarıb. Hər gün minlərlə oxucu Azərbaycan və dünya iqtisadiyyatı ilə bağlı yenilikləri izləmək üçün Valyuta.az-ı ziyarət edir.

Sayta keçid: https://valyuta.az/

E-saglam.az 

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun