Vakansiya - Kani Dəri Clinic komandaya tibb bacısı axtarır.
E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir:
Namizəd həkimə tibbi yardım göstərməli, pasiyentləri müxtəlif prosedurlara və ambulator qəbuluna hazırlamalı, elektron qeydiyyat sisteminə məlumatları düzgün daxil etməli və laboratoriya analizlərinin götürülməsini təmin etməlidir. Həmçinin tibbi tullantıların idarəsi, tibbi sənədləşdirmə və xəstələrin suallarının cavablandırılması da vəzifələr arasındadır.
İş rejimi: 2 gün iş, 2 gün ev olmaqla 09:00–21:00. Əmək haqqı 700 ₼ (net) təşkil edir. Sınaq müddəti 3 aydır.
Tələblər: azı 2–3 il staj, 22 yaşdan yuxarı, ali və ya kollec təhsili, müvafiq sahə üzrə sertifikat və diplom. Azərbaycan dilini mükəmməl, rus dilini bilməli, məsuliyyətli və etibarlı olmalıdır. Klinika sahəsində təcrübəsi olanlara üstünlük verilir.
Müraciət etmək istəyən namizədlər CV-lərində şəkil əlavə edərək “CV göndə” düyməsindən istifadə etməklə göndərə bilərlər.