Sağlamlıq
Uzunömürlü olmaq istəyirsinizsə,
Sağlamlıq
16

Uzunömürlü olmaq istəyirsinizsə, hər səhər bunu eyni saatda edin

Həkim uzunömürlülük üçün vacib olan sadə vərdişi açıqladı.

E-saglam.az xəbər verir ki, uzun və sağlam həyat sürmək istəyən insanlara gündəlik rejimlərində sadə bir dəyişiklik etmək tövsiyə olunur. Həkim Estela Llado Karbonun sözlərinə görə, bunun üçün hər gün, hətta həftəsonları da eyni vaxtda oyanmaq vacibdir.

Həkim bu vərdişin orqanizmin bioloji saatını, yəni sirkadiyan ritmini tənzimləməyə kömək etdiyini bildirib. Onun sözlərinə görə, sabit oyanma vaxtı sağlamlıq üçün ən sadə və əlçatan vərdişlərdən biridir.

Karbo qeyd edib ki, şənbə və bazar günləri uzun müddət yatmaq həftə ərzində yaradılan rejimi poza bilər. Buna görə də mümkün qədər hər gün eyni saatda oyanmaq məsləhətdir.

Həkim həmçinin səhər oyandıqdan sonra 10–15 dəqiqə açıq havada vaxt keçirməyi tövsiyə edib. Təbii işıq orqanizmin bioloji saatının tənzimlənməsinə kömək edə bilər.

Mütəxəssis vurğulayıb ki, uzunömürlülük üçün tək bir vərdiş kifayət deyil. Lakin müntəzəm yuxu rejimi sağlam həyat tərzinin vacib hissələrindən biridir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun